...

Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirilib (FOTO)

Siyasət Materials 28 Aprel 2016 15:38 (UTC +04:00)
Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində "Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi" mövzusunda komanda-qərargah təlimi keçirilib.

Təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti