...

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq haqqında saziş təsdiq edilib

Siyasət Materials 28 Aprel 2016 23:04 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan və Vyetnam arasında əməkdaşlıq haqqında saziş təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı il martın 8-də Hanoy şəhərində imzalanmış Saziş təsdiq edilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti