...

XİN: Diplomatların və hərbi attaşelərin cəbhə xəttinə səfərinin məqsədi obyektiv məlumatların çatdırılmasıdır

Siyasət Materials 6 May 2016 12:11 (UTC +04:00)
80-ə yaxın diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin cəbhə xəttinə səfərinin təşkil olunmasının məqsədi təmas xətti boyunca mövcud vəziyyət barədə diplomatların təmsil etdiyi ölkələrə məlumatları obyektiv çatdırılmasının təmin edilməsidir.
XİN: Diplomatların və hərbi attaşelərin cəbhə xəttinə səfərinin məqsədi obyektiv məlumatların çatdırılmasıdır

Bakı. Trend:

80-ə yaxın diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin cəbhə xəttinə səfərinin təşkil olunmasının məqsədi təmas xətti boyunca mövcud vəziyyət barədə diplomatların təmsil etdiyi ölkələrə məlumatları obyektiv çatdırılmasının təmin edilməsidir.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaq məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti