...

Argentina Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllinə tərəfdardır

Siyasət Materials 6 May 2016 14:31 (UTC +04:00)
Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Argentina Senatının müvəqqəti prezidenti Federiko Pinedo ilə görüşüb.
Argentina Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllinə tərəfdardır

Bakı. Trend:

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Argentina Senatının müvəqqəti prezidenti Federiko Pinedo ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və Argentina arasında əlaqələrin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın mühümlüyü, Argentinanın yeni parlament üzvləri ilə Azərbaycan parlamentarları arasında sıx əlaqələrin yaradılmasının və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi qeyd edilib.

R.Aslanov görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, son zamanlar təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisinə qarşı təxribat hücumlarını daha da artırdığını, Azərbaycan tərəfinin isə öz əhalisini qorumaq məcburiyyətində qalaraq müvafiq təhlükəsizlik tədbirləri gördüyünü söyləyib.

O, aprelin əvvəlində baş vermiş toqquşmalardan sonra yenidən atəşkəs barədə əldə olunmuş razılığa baxmayaraq, Ermənistan tərəfinin atəşkəs razılaşmasını dəfələrlə pozduğunu və mülki əhaliyə qarşı hücumlarını davam etdirdiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, ərazi bütövlüyünün hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün əsas prinsip olduğu və ərazi bütövlüyümüzün də bərpa ediləcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan bu münaqişənin həllində ən maraqlı tərəfdir və bunun danışıqlar yolu ilə əldə edilməsini istərdik.

F.Pinedo ölkələrimiz arasında yaxın əlaqələrin mövcudluğunu qeyd edərək, parlamentlər səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

F.Pinedo Argentinanın münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə və beynəlxalq hüquqa əsasən həll edilməsinə tərəfdar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti