...

Deputatlarımız Almaniyada bir sıra görüşlər keçiriblər

Siyasət Materials 11 May 2016 17:57 (UTC +04:00)
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.
Deputatlarımız Almaniyada bir sıra görüşlər keçiriblər

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.

Trend-in məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti AFR Federal Kansler Aparatının Orta, Şərqi və Cənub-Şərqi Avropa, habelə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələr üzrə referatının rəhbəri ilə görüşüb.

Eyni gündə Almaniya hökumətinin Xaricdə təhsil siyasəti, Almaniya kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili ilə ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.

Millət vəkillərimiz Bundestaqın Avropa İttifaqı məsələləri komitəsinin, həmçinin AŞ PA-dakı Almaniya nümayəndə heyətinin üzvləri, Solçular (die Linke) fraksiyasının Avropa siyasəti məsələləri sözçüsü ilə də görüşüb. Görüş zamanı Azərbaycan və Almaniyanın beynəlxalq müstəvidə əməkdaşlığı sahəsində bir sıra məsələlər müzakirə edilib.

Deputatlarımız səfər çərçivəsində Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədr müavini, ATƏT və AŞ PA-dakı Almaniya nümayəndə heyətlərinin üzvləri olan SPD (Sosial Demokratlar Partiyası) və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasının deputatları ilə də görüşblər.

Elm və Siyasət Fondunda (Stiftung Wissenschaft und Politik-SWP) Cənubi Qafqaz regionu üzrə ekspertlərlə görüşən millət vəkillərimiz daha sonra Bundestaqın İdman komitəsində CDU/CSU fraksiyasının idman məsələləri üzrə sözçüsü ilə görüş keçiriblər.

Bundan başqa, millət vəkillərimiz Xarici Siyasət üzrə Alman Cəmiyyətində təşkil olunan ictimai tədbirdə iştirak ediblər.

Qeyd edək ki, deputatların səfəri mayın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti