...

Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə dəyişiklik edilib

Siyasət Materials 21 May 2016 15:11 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə dəyişiklik  edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

1.1. 9.4-cü bənddən "və nəqliyyat vasitələrinin" sözləri çıxarılsın;

1.2. 9.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"9.6. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edir;";

1.3. 9.7-ci bənddə "qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə" sözləri "digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan" sözləri ilə əvəz edilsin;

1.4. 11.3-cü bənddə "xidməti" sözündən əvvəl "əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar" sözləri əlavə edilsin, "və digər aidiyyəti orqanlarla" sözləri "orqanları ilə" sözləri ilə əvəz edilsin, həmin bənddən "qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada plomblanmış" sözləri çıxarılsın.

Eyni zamanda, Nazirlər Kabinetinə Prezident aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti