...

Prezident İlham Əliyev: Rusiyanın Ermənistana silah satması Azərbaycanda "allergiya" yaratmır

Siyasət Materials 7 İyun 2016 19:18 (UTC +04:00)
Rusiyanın Ermənistana silah satması faktı Azərbaycanda heç bir "allergiya" yaratmır.
Prezident İlham Əliyev: Rusiyanın Ermənistana silah satması Azərbaycanda "allergiya" yaratmır

Berlin. Sevil Mikayılova - Trend:

Rusiyanın Ermənistana silah satması faktı Azərbaycanda heç bir "allergiya" yaratmır. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə birgə mətbuat konfransında deyib.

Prezident bildirib: "Biz Rusiyaya strateji tərəfdaşımız qismində baxırıq. Biz başa düşürük ki, Rusiya iri silah istehsalçısıdır və istənilən ölkədə onu sata bilər. Rusiyanın Azərbaycana silah satması faktı Ermənistanda "allergiya" doğurur".

Dövlət başçısı qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan silahın dəyərini tam ödəyib: "Rusiya Azərbaycanın silah aldığı yeganə ölkə deyil. Sirr deyil ki, Türkiyə, İsrail, Belarus, İran və bir çox digər ölkələrdən silah alırıq, çünki biz silahlı qüvvələrimizi modernləşdiririk".

İlham Əliyev vurğulayıb ki, Rusiya, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələdə Rusiyanın rolunu çox müsbət kimi nəzərdən keçirir: "Ümid edirik ki, Rusiya ABŞ və Fransa ilə yanaşı, bütün potensialından istifadə edəcək ki, Ermənistanı işğal olunmuş əraziləri tərk etmək vaxtının çatdığına inandırsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti