Prezident İlham Əliyev: Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir

Prezident İlham Əliyev: Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir

Bakı. Trend:

Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Bu fikiri Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqi zamanı səsləndirib.

Dövlət başcısı vurguladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur: "Yəni, bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. Azərbaycan ərazisinin bir hissəsi uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir".

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır: "Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq.

Ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.

Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər".

Daha sonra Azərbaycan Prezidenti gələn həftə Rusiyada, Sankt-Peterburq şəhərində görüş keçiriləcəyini bildirib: "Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir".

Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Bakıda qəza: Yolda sıxlıq var
Bakıda qəza: Yolda sıxlıq var
Gəncədə evdən kişi meyiti tapılıb
Gəncədə evdən kişi meyiti tapılıb
Loading Bars
Xəbər lenti
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Bütün xəbərlər