...

Bridcet Brink: ABŞ Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

Siyasət Materials 23 İyun 2016 16:39 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
Bridcet Brink: ABŞ Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 4-cü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğuladı. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi.

B.Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd etdi. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirdi.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti