...

Bridcet Brink: "Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır" (YENİLƏNİB)

Siyasət Materials 24 İyun 2016 18:21 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım B.Brink qeyd edib ki, ABŞ kompleks həllə nail olmaq üçün münaqişə tərəfləri ilə əməkdaşlığa hazırdır.
Bridcet Brink: "Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır" (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:24-də yayılıb)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink deyib.

O, Azərbaycana səfərinin nəticələrini müsbət qiymətləndirib: "Biz təhlükəsizlik, energetika, iqtisadiyyat sahələrində və demokratiya məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik. ABŞ və Azərbaycanın energetika sahəsində tərəfdaşlığı davam edir və tərəflər bunun genişləndirilməsi üzərində işləyirlər".

B.Brinkin sözlərinə görə, ölkə rəhbərliyi ilə keçirilən görüşlər zamanı iki ölkənin əsas istiqamətlər üzrə əməkdaşlığının inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub: "Biz İpək Yolu layihəsini dəstəkləyirik və Azərbaycanın enerji marşrutlarının mərkəzinə çevrilməsi artıq faktdır".

Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım B.Brink qeyd edib ki, ABŞ kompleks həllə nail olmaq üçün münaqişə tərəfləri ilə əməkdaşlığa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti