Bakı. Trend:
Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilir.