...

PA rəsmisi: Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir

Siyasət Materials 25 İyul 2016 10:41 (UTC +04:00)
Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir.
PA rəsmisi: Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir.

Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür.

PA rəsmisi qeyd edib ki, ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu inkişaf Konstitusiyaya dəyişiklikləri labüd edir.

Bu gün Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılır.

Plenumun iclasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb. İclası 8 hakim idarə edir.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti