...

Referendumla bağlı səsvermə bülletenlərinin çapına başlanıb

Siyasət Materials 8 Avqust 2016 10:57 (UTC +04:00)
Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə bu ilin sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin çapına başlanılıb.
Referendumla bağlı səsvermə bülletenlərinin çapına başlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə bu ilin sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin çapına başlanılıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiyanın üzvləri səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.

M.Pənahov deyib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 bülleten çap olunması qərara alınıb.

MSK sədrinin sözlərinə görə, səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti