Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Eritreya Prezidentinin baş siyasi müşaviri Yemane Gedreab ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.