...

Kubanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Siyasət Materials 7 Oktyabr 2016 17:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronu qəbul edib.
Kubanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov Azərbaycanın hal-hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini qeyd edib.

E.Məmmədyarov səfir O.S.Medina gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti