...

AŞ PA sessiyasında Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimə də münasibət bildiriləcək

Siyasət Materials 7 Oktyabr 2016 18:47 (UTC +04:00)
Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
AŞ PA sessiyasında Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimə də münasibət bildiriləcək

Bakı. Trend:

Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

AŞ PA-nın iclasları 5 gün davam edəcək, bir sıra aktual məsələlərə baxılacaq. Öncə bu ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq. AŞ PA-nın son 6 aydakı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə 2015-2016-cı illərdəki fəaliyyətinə dair məruzələr dinləniləcək. Belarusda və İordaniyada keçirilmiş son parlament seçkiləri müzakirə olunacaq. Hakimlərin seçkisinə dair səsvermə zamanı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimə də münasibət bildiriləcək.

İclaslarda Avropa Şurasının baş katibi T.Yaqland, Fransa prezidenti F.Olland, Estoniya, Türkiyə və Almaniyanın XİN başçıları çıxış edəcək, qurum üzvlərini narahat edən sualları cavablandıracaqlar.

Müzakirələrdə sosial ədalətin təmin edilməsi, hər kəs üçün idman, qadınların problemləri, uşaq hüquqlarının müxtəlif məqamları, Ukraynadakı böhranın siyasi nəticələri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq, Avropa əhalisinin dinamikasının miqrasiya siyasətinə təsirləri və s. kimi aktual mövzular gündəmdə olacaq.

Milli Məclisin deputatları iclaslarda fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti