Bakı. Trend:
"Əminəm ki, Fəthullah Gülən hərəkatı ilə mübarizə məsələsində digər türk dövlətləri Azərbaycanın mövqeyini nümunə götürəcəklər".
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Türkiyənin Baş naziri bildirib ki, Gülən hərəkatı yalnız Türkiyə deyil, həm də bütün dünya üçün təhlükəlidir.