...

"Elektron ipoteka" sistemi haqqında Əsasnamə təsdiq edildi

Siyasət Materials 24 Noyabr 2016 16:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
"Elektron ipoteka" sistemi haqqında Əsasnamə təsdiq edildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti isə bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti