...

Azərbaycanın baş konsulu Batumi Dövlət Universitetində mühazirə oxuyub (FOTO)

Siyasət Materials 28 Noyabr 2016 11:14 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli adına Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında tələbələr qarşısında “Beynəlxalq münasibətlərdə Azərbaycan diplomatiyası” mövzusunda mühazirə oxuyub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, mühazirədə R.İsmayılov Azərbaycanın sürətli inkişafı, apardığı stabil siyasətlə dünya ictimaiyyətinin diqqətində olduğunu, ölkəmizin iştirakı olmadan hər hansı regional layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyünü bildirib. Azərbaycanın bütün dövlətlərlə bərabər prinsiplər əsasında müstəqil xarici siyasət yürütməsinə toxunan baş konsul ölkənin iqtisadi və hərbi qüdrətinin yüksəldiyini, yaxın qonşularla sülh şəraitində yaşamaqda, dostluq münasibətləri yaratmaqda maraqlı olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən diplomat Ermənistanın ölkəmizə qarşı ərazi iddiasında olduğunu, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, təcavüzkar dövlətin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnaməsinə məhəl qoymadığını vurğulayıb.

R.İsmayılov tələbələrin Azərbaycanın xarici siyasəti, Avropanın enerji təminatında ölkəmizin rolu, Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallarına ətraflı cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti