Bakı. Yelena Kosolapova - Trend:
İspaniyada yeni hökumətin formalaşdırılması Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcək.
Bunu Trend-ə eksklüziv açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez deyib.
Diplomat bildirib: “Bizdə bir il ərzində müvəqqəti hökumət fəaliyyət göstərib. Parlamentimiz yeni hökuməti bir neçə həftə əvvəl formalaşdırıb. Ona görə indi yeni fəaliyyət planı hazırlamaq lazımdır”.