Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıda Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirib.
Trend-in RF XİN-in saytına istinadən verdiyi məlumata görə, məsləhətləşmələr nazir müavininin işgüzar səfəri çərçivəsində baş tutub.
Q.Karasin azərbaycanlı həmkarı Xələf Xələfovla danışıqlar aparıb. Bundan başqa o, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
Danışıqlar zamanı ikitərəfli və beynəlxalq münasibətlərin aktual məsələləri müzakirə olunub.