...

GUAM XİN rəhbərlərinin iclasında gündəlikdə nələr durur?

Siyasət Materials 5 Dekabr 2016 15:00 (UTC +04:00)
GUAM xarici işlər nazirlərinin növbəti iclası Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində dekabrın 8-9-da baş tutacaq.
GUAM XİN rəhbərlərinin iclasında gündəlikdə nələr durur?

Bakı. Səba Ağayeva - Trend:

GUAM xarici işlər nazirlərinin növbəti iclası Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində dekabrın 8-9-da baş tutacaq. Bunu Trend-ə təşkilatın Baş katibi Altay Əfəndiyev deyib.

XİNŞ-in gündəliyinə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi, xüsusən ticarət, nəqliyyat, cinayətkarlıq və qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

XİNŞ eləcə də GUAM-ın digər dövlət və təşkilatlarla əməkdaşlıq məsələsini müzakirə edəcək.

XİNŞ çərçivəsində "GUAM+Yaponiya" formatında iclas keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti