...

Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2016 18:09 (UTC +04:00)
Kiyevdə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ümummili lider Heydər Əliyevin parlaq xatirəsinə böyük ehtiram bəsləyən Ukraynanın dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, xarici diplomatik korpusların rəhbərləri və Azərbaycan diasporunun fəalları dahi öndərin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoymaqla onun ölməz dühasının qarşısında baş əyiblər.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyində “Heydər Əliyevin dövlət qruculuğu irsi” mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirə qatılanlar əvvəlcə səfirliyin binasında yeni təmir olunmuş Heydər Əliyev muzeyi ilə tanış olublar. Belarus, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Türkiyə və bir sıra ölkələrin Ukraynadakı səfirlərinin, ali təhsil ocaqları rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsində dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını diqqətə çatdıran səfir onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Ukrayna Tarix İnstitutunun direktoru Andrey Kudraçenko, Heydər Əliyev adına Kiyev Beynəlxalq Sosial Elmlər İnsitutunun direktoru İvan Pidzyura, Özbəkistanın Ukraynadakı səfiri Alişir Abdullayev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər şəxslər çıxış edərək ulu öndər Heydər Əliyevin tək Azərbaycan deyil, bölgə dövlətləri və Ukrayna xalqı qarşısında da göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Bu gün bir çox ölkələrdə baş verən müharibə və vətəndaş qarşıdurmalarından söz açan natiqlər dünyada belə bir həssas və çətin dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

Ulu öndərin parlaq xatirəsinə işıq saçan "dəyirmi masa"da bir fikir xüsusi vurğulanıb ki, öz zəngin həyat fəlsəfəsi ilə dünyanın liderlik salnaməsinə əbədi imza atan Heydər Əliyev dühası əslər boyu müdriklik təcəssümü kimi xatırlanacaq.

Sonra Çaykovsk adına Ukrayna Milli Musiqi Akademiyasının böyük zalında ulu öndərin xatirəsinə həsr olunmuş simfonik muğam gecəsi keçirilib.

Xatirə gecəsində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Ukrayna Milli Musiqi Akademiyasının direktoru Vladimir Rajok və Bakı Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs ediblər.

Anım tədbiri xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə tanınmış tarzən Sahib Paşazadənin, gənc muğam ifaçısı Rəvan İsmayılovun və Ukrayna simfonik orkestrinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdikləri simfonik muğam gecəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti