...

Deputat: Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması Prezidentin xalqa qayğısıdır

Siyasət Materials 22 Dekabr 2016 19:07 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır.
Deputat: Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması Prezidentin xalqa qayğısıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir:

“Dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi”.

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

F.Ağamalı hesab edir ki, ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər:

“Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətt təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti