...

Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

Siyasət Materials 19 Yanvar 2017 07:16 (UTC +04:00)
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreyanın yerli media nümayəndələri, elm adamları və Koreyada təhsil alan azərbaycanlı tələbələrimizin iştirakı ilə Səfirlikdə anım mərasimi keçirilib
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

Bakı. Trend:

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreyanın yerli media nümayəndələri, elm adamları və Koreyada təhsil alan azərbaycanlı tələbələrimizin iştirakı ilə Səfirlikdə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir R.Teymurov 20-ci əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib və 27 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs edib. Bir çox xalqların tarixində olduğu kimi Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər aparılaraq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirin sonunda 20 yanvar faciəsinə dair filim nümayiş etdirilib və foto sərgi təşkil edilib.

Bununla yanaşı, Səfirlik tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreya KİV-də bir sıra məqalələr dərc edilib. Belə ki, 16-17 yanvar tarixlərində koreya və ingilis dillərində nəşr edilən “Korea Post” qəzetində “20 Yanvar: Azərbaycan müstəqillik mübarizəsinin ildönümü”, “Azərbaycan 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” və “20 yanvar hadisəsinin səbəbləri və nəticələri” adlı məqalələr dərc olunub.

Məqalələrdə keçmiş Sovet İttifaqının dağılmasında başlıca rol oynayan Sovet Respublikalarında başlanmış milli azadlıq hərəkatlarından bəhs edilib, həmçinin, həmin ərəfədə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törədilmiş amansız və dəhşətli cinayət haqqında ətraflı məlumatlar əksini tapıb. Məqalələrdə o cümlədən 20 yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilib, Sovet rəhbərliyinin bu kimi dəhşətli cinayətlərlə Azərbaycan və digər sovet xalqlarının mübarizə əzmini qıra bilmədiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti