Bakı. İlhamə İsabalayeva - Trend:
Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini bildirib ki, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.
M.Məmməd-Quliyev Ümumdünya Ticarət Təşkilatı ilə də danışıqlar prosesinin getdiyini və ilin birinci yarısında Cenevrədə növbəti görüşün keçirilə biləcəyini qeyd edib.