...

Amerikalı ekspert dünya ictimaiyyətini Ermənistanın "konyak diplomatiyası"nı pisləməyə çağırıb

Siyasət Materials 27 Yanvar 2017 16:24 (UTC +04:00)
AŞPA-da Ermənistan nümayəndə heyətinin davranışı qəbulolunmazdır, dünya ictimaiyyəti AŞPA tərəfindən qəbul edilmiş mədəni və mənəvi dəyərləri pozan fəaliyyətinə görə Ermənistanı pisləməlidir
Amerikalı ekspert dünya ictimaiyyətini Ermənistanın "konyak diplomatiyası"nı pisləməyə çağırıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ermənistan nümayəndə heyətinin davranışı qəbulolunmazdır, dünya ictimaiyyəti AŞ PA tərəfindən qəbul edilmiş mədəni və mənəvi dəyərləri pozan fəaliyyətinə görə Ermənistanı pisləməlidir.

Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti demək olar ki, həmişə erməni siyasi elitasının rüşvətxorluğuna göz yumur.

Ekspert hesab edir ki, gələcəkdə bu cür halların qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryevə təzyiq göstərərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasına çağırıb.

Bu barədə öz "Facebook" səhifəsində yazan V.Aryev erməni nümayəndələrin onu konyakla ələ almağa çalışdıqlarını yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti