Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin yaz sessiyasının ilk iclası başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, Cinayət, İnzibati Xətalar, Gömrük, Cinayət Məcəllələrinə, "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Aviasiya haqqında" qanunlara dəyişikliklər olmaqla 27 məsələ daxildir.
İclası açıq elan edən Milli Məclisin sədri Oktay Əsədov bildirib ki, 2016-cı ildə Milli Məclis öz fəaliyyətini uğurla başa vurub, bir çox qanunlara dəyişiklik edilib və bir sıra yeni qanunlar qəbul edilib: “Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər geniş miqyaslı islahatlarla yaxın zamanlarda öz müsbət nəticəsini verəcək. Əminəm ki, bu sessiyanı da uğurla başa vuracağıq”.