...

Səfir: Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən faydalana bilər

Siyasət Materials 6 Fevral 2017 17:12 (UTC +04:00)
Hazırlıq mərhələsində olan Çin-Pakistan iqtisadi dəhlizi Azərbaycan üçün də səmərəli ola bilər.
Səfir: Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən faydalana bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

Hazırlıq mərhələsində olan Çin-Pakistan iqtisadi dəhlizi Azərbaycan üçün də səmərəli ola bilər.

Trend-in məlumatına görə, bunu Pakistanın Bakıdakı səfiri Səid xan Möhmənd jurnalistlərə deyib.

Onun sözlərinə görə, dəhliz Çin, Pakistan və Orta Asiyanı birləşdirəcək, eləcə də Azərbaycana toxunacaq.

Səfir qeyd edib ki, bu dəhliz yüklərin daşınması məsafəsini 14 min kilometr azaldacaq. Bu dəhliz vasitəsilə 300-400 milyon ton yükün nəql olunacağı gözlənilir.

Qeyd edək ki, Çin-Pakistan iqtisadi dəhlizi Çin tərəfindən maliyyələşdirilən layihədir. Bu layihənin dəyəri 45 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti