Bakı. Trend:
ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Cozef Danford və Valeri Gerasimov fevralın 16-da Bakıda görüşəcəklər.
Bu barədə Trend Pentaqonun mətbuat xidmətinə istinadən məlumat verir.
Görüş zamanı hərbçilər arasında əlaqələr müzakirə olunacaq.
Həmçinin görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin cari səviyyəsi barədə fikir mübadiləsi aparılacaq.