Bakı. Azad Həsənli - Trend:
Bu gün Azərbaycan və İtaliyanın "Finmeccanica" şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda deyib.
Nazir qeyd edib ki, bu gün Azərbaycanda İtaliyanın ölkəyə investisiya yatırmaq istəyən 4 böyük şirkəti var.
"Onlar İtaliyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkəti "Finmeccanica", "Danieli" metallurgiya şirkəti, İtaliyanın fındıqçılıq sahəsində ən iri şirkəti "Ferrero" və "Telecom Italia Sparkle" telekommunikasiya şirkətidir".