...

Deputat: "Cənub Qaz Dəhlizi" 1994-cü ildə başlanan siyasətin çox sanballı davamıdır

Siyasət Materials 24 Fevral 2017 17:27 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi 1994-cü ildə başlanılan siyasətin yeni əsrdə çox sanballı bir davamıdır”. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Deputat: "Cənub Qaz Dəhlizi" 1994-cü ildə başlanan siyasətin çox sanballı davamıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Cənub Qaz Dəhlizi" 1994-cü ildə başlanılan siyasətin yeni əsrdə çox sanballı davamıdır.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli qeyd edib ki, Bakı-Ceyhan-Tbilisi neft kəməri Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb edirdisə, "Cənub Qaz Dəhlizi" də bir o qədər önəm daşıyır: ""Cənub Qaz Dəhlizi" iqtisadi faydası ilə yanaşı Azərbaycanın müstəqilliyinin gücləndirilməsi baxımından da çox ciddi əhəmiyyət kəsb edir. Digər vacib bir məsələ odur ki, biz həm neft, həm qaz siyasəti ilə, həm də neft və qazın dünya bazarına çıxarılması infrastrukturunun qurulması ilə XXI əsrin energetika siyasətinə korrektə vermişik”.

Deputat deyib ki, bu layihələri reallaşdırmaqla həmçinin Azərbaycan dünya energetika sahəsində vacib bir oyunçu rolunu ortaya qoyub: ""Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması da Azərbaycanın energetika sahəsində daha vacib oyunçu kimi ortaya çıxmasına xidmət edir. Eyni zamanda bu layihə regional səviyyədə əməkdaşlığın yeni mərhələsinə yol açır. Azərbaycanın Türkiyə və Gürcüstanla strateji əməkdaşlığının yeni bir mərhələsi ortaya çıxır”.

Ə.Məsimli bildirib ki, Cənub Qaz Dəhlizinin digər vacib əhəmiyyət kəsb edən tərəfi isə odur ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq, Avropa ilə əməkdaşlığı daha da gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti