...

Deputat: Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb

Siyasət Materials 11 Aprel 2017 07:49 (UTC +04:00)
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin nitqində diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı oldu.
Deputat: Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin nitqində diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan son üç ay ərzində də ənənəvi fəal xarici siyasət kursunu davam etdirib: “Bu müddət ərzində 7 dövlət başçısının Azərbaycana səfər etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu bir daha təsdiq edir və daha da güclənməsinə gətirib çıxarır. Eyni zamanda bu müddət ərzində fəaliyyətdə olan, eləcə də keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə Azərbaycanda çox vacib əhəmiyyət daşıyan beynəlxalq tədbirlər keçirilib”.

Deputatın sözlərinə görə, bu beynəlxalq tədbirlər onu göstərir ki, Azərbaycan dünyanın gündəliyini müəyyən edən məsələlərin müzakirə olunduğu və bu problemlərdən çıxış yollarının axtarıldığı bir məkandır və Azərbaycan paytaxtından dünyaya yalnız sülh və əminamanlıq mesajları göndərilir:

“Bu gün dünyada və regionda baş verən olduqca mürəkkəb proseslər kontekstində Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycan bu ilin birinci rübü ərzində də ənənəvi və çevik, çoxvektorlu, balanslaşdırılmış və hücum taktikasına söykənən xarici siyasət kursunu davam etdirib və Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb, eyni zamanda Azərbaycanın mövqeyini müdafiə edən dövlətlərin və ölkəmizin dostlarının sayı da artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti