...

Küveytin “Əl-Nahar” qəzetində ümummilli lider Heydər Əliyevlə bağlı müsahibə nəşr edilib

Siyasət Materials 11 May 2017 15:57 (UTC +04:00)
“Əl-Nahar” qəzetinin bugünki buraxılışında “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi olaraq qalacaqdır” başlığında səfir Elxan Qəhrəmanın müsahibəsi nəşr edilib.
Küveytin “Əl-Nahar” qəzetində ümummilli lider Heydər Əliyevlə bağlı müsahibə nəşr edilib

Bakı. Trend:

Küveytdə ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik gündəlik “Əl-Nahar” qəzetinin bugünki buraxılışında “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi olaraq qalacaqdır” başlığında səfir Elxan Qəhrəmanın müsahibəsi nəşr edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibədə bu il Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü bayram etdiyi bildirilib, ulu öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilib. Məqalədə həmçinin, ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.

Müsahibədə, Heydər Əliyevin 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi qeyd olunub.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurduğu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verdiyi bildirilib. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyinin böhran və məhv olmaq təhlükəsi qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsi və parçalanma həddinə gətirildiyi, belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladığı vurğulanıb.

Müsahibədə həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, öncə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanıb.

Göstərilənlərlə yanaşı məqalədə Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adıyla bağlı olduğu, ümummilli liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər Sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti