...

Ekspert: Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir

Siyasət Materials 1 İyun 2017 14:19 (UTC +04:00)
İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir
Ekspert: Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir

Bakı. Anaxanım Hidayətova - Trend:

İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir.

Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Donald Tramp tərəfindən təqdim edilən xarici xərclər büdcəsi əhəmiyyətli dərəcədə ixtisar olunsa da, ABŞ-ın Xəzər regionunda, xüsusuilə də Azərbaycan kimi yaxın tərəfdaşlarla münasibətləri yaxın illərdə möhkəmlənməyə davam edəcək.

Ekspert qeyd edib ki, Vaşinqtonla Bakının səmərəli əməkdaşlığı bütün regionun həyatında müsbət əks olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti