Bakı. Samir Əli - Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərində kömək etmək kimi qarşıya qoyduğu ali məqsədlərə tam nail olunması üçün şərait mövcuddur.
Trend-in məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.
Z.Qaralov bildirib ki, müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var:
“Bu, ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”.