...

Azərbaycan və Polşa Prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 27 İyun 2017 12:39 (UTC +04:00)
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.
Azərbaycan və Polşa Prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti