Bakı. Trend:
Bu gün “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.