...

Zakir Həsənov Moskvaya səfər edib

Siyasət Materials 11 Avqust 2017 13:05 (UTC +04:00)
Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Zakir Həsənov Moskvaya səfər edib

Bakı. Trend:

Avqustun 11-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti