...

AŞ PA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar

Siyasət Materials 14 Sentyabr 2017 17:33 (UTC +04:00)
AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycan Parlamentində olublar.
AŞ PA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar

Bakı. Elçin Mehdiyev – Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycan Parlamentində olublar.

Trend-in məlumatına görə, həmməruzəçilər Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Görüşlərdə Azərbaycanla AŞ PA arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, AŞ PA ilə Azərbaycan arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti