...

Azərbaycanda genişmiqyaslı hərbi təlimlərə start verildi (FOTO/VİDEO)

Siyasət Materials 18 Sentyabr 2017 11:37 (UTC +04:00)
Təlimlər sentyabrın 22-dək davam edəcək.
Azərbaycanda genişmiqyaslı hərbi təlimlərə start verildi (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti