...

Milli Məclisin yay və növbədənkənar sessiyalarında 268-ə qədər qanun və qərar qəbul olunub

Siyasət Materials 2 Oktyabr 2017 12:13 (UTC +04:00)
Milli Məclis yay və növbədənkənar sessiyalarını uğurla başa çatdırıb.
Milli Məclisin yay və növbədənkənar sessiyalarında 268-ə qədər qanun və qərar qəbul olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis yay və növbədənkənar sessiyalarını uğurla başa çatdırıb. Trend-in məlumatına görə, bunu parlamentin sədri Oqtay Əsədov payız sessiyasının ilk plenar iclasında deyib.

O.Əsədov bildirib ki, dövlət başçısının uzaqgörən siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər görülüb.

Spiker vurğulayıb ki, Milli Məclisin yay sessiyası və növbədənkənar iclaslarında 268-ə qədər qanun və qərar qəbul olunub: "Parlamentin üzvləri beynəlxalq tədbirlərdə fəal iştirak ediblər. Milli Məclisin xətti ilə Azərbaycanda bir sıra beynəlxaq təşkilatların tədbirləri keçirilib".

O.Əsədov Milli Məclisin payız sessiyasının da uğurla keçəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti