...

Deputat: Yaqland sosial şəbəkədəki statusu ilə qeyri-demokratik düşüncəsini ortaya qoyur

Siyasət Materials 2 Oktyabr 2017 17:22 (UTC +04:00)
Avropa Şurasının Baş Katibi Turbyern Yaqland statusu ilə qeyri-demokratik düşüncəsini ortaya qoyur.
Deputat: Yaqland sosial şəbəkədəki statusu ilə qeyri-demokratik düşüncəsini ortaya qoyur

Bakı. Samir Əli - Trend:

Avropa Şurasının baş katibi Turbyern Yaqland sosial şəbəkədəki statusu ilə qeyri-demokratik düşüncəsini ortaya qoyur. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Yaqland səlahiyyət çərçivəsini aşır: "Azərbaycanın bu təşkilatdakı hüquqları pozulub, ən əsası Azərbaycana qarşı görünməmiş kampaniya aparılır. Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etsə də, indiyə qədər Yaqland bu məsələyə münasibət bildirməyib. Əhalimizin bir milyondan çoxu qaçqın və məcburi köçkün şəraitində yaşadığı halda onların hüquqlarının qorunması Avropa Şurasının baş katibinin maraqlarında deyil. Yaqlandın sosial şəbəkədə yazdığı sonuncu status onun qeyri-demokratikliyini, konkret bir ölkəyə qarşı aqressiv mövqedə durmasını göstərir".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan üçün demokratiya və insan hüquqlarının qorunması əsas baza prinsipidir: "Və biz bu prinsipləri kiminsə tövsiyyəsi ilə deyil, öz maraqlarımıza cavab verdiyi üçün seçmişik. Təəssüf edirəm ki, Azərbaycana demokratik inkişafda kömək etmək əvəzinə, ölkəyə qarşı hücumlar təşkil edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti