...

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Siyasət Materials 7 Oktyabr 2017 13:33 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Bakı. Trend:

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Trend-in Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti