...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Prezidenti və xanımı ilə görüşü olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 13 Oktyabr 2017 11:07 (UTC +04:00)
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Prezident Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Prezidenti və xanımı ilə görüşü olub (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti