...

Deputat: Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı

Siyasət Materials 21 Oktyabr 2017 17:54 (UTC +04:00)
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşünə Azərbaycanın dəvət olunması dünyada artan siyasi və iqtisadi nüfuzunun nəticəsdir.
Deputat: Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı

Bakı. Samir Əli - Trend:

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda keçirilən Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması ölkəmizin dünyada artan siyasi və iqtisadi nüfuzunun nəticəsdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, toplantıda iştirak edən 8 ölkənin özü də böyük bir coğrafiyanı əhatə edir: "D-8-in ticarət dövriyyəsini artıq 100 milyard dollardan 500 milyard dollara çatdırmaq planlaşdırılır. Bu da onu göstərir ki, təşkilatın böyük bir potensialı mövcuddur.

Sammitdə iştirak edən Prezident İlham Əliyev Azərbaycanın nailiyyətlərindən danışdı və eyni zamanda Azərbaycan həqiqətləri, xüsusilə də Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları haqqında məlumat verdi. Dövlət başçısı bu məsələdə bir daha Azərbaycanın mövqeyini açıqladı. Prezident bir daha bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıq mövzusu ola bilməz, Azərbaycanın işğal altındakı əraziləri qeyd-şərtsiz azad olunmalıdır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ərazisində ikinci Ermənistan torpağının yaranmasına icazə verilməyəcək".

A.Hüseynov qeyd edib ki, bu toplantı ümumilikdə yüksək qiymətləndirilməlidir: "Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir əhəmiyyətli faktı toplantı iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Ermənistan özünü bəzi müsəlman ölkələrinə dost elan etməsinə baxmayaraq İslam dininə qarşı çıxır, məscidləri dağıdır. İşğal altındakı ərazilərdə ermənilər bütün İslam abidələrinə, türk dünyasına aid olan abidələrə divan tutur. Belə bir halda Ermənistan İslam dövlətləri ilə necə dost ola bilər? Prezident İlham Əliyev bu faktları toplantı iştirakçılarının diqqətinə çatdırdı və onları bu məsələdə diqqətli olmağa çağırdı".

Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti