...

Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək

Siyasət Materials 7 Noyabr 2017 16:23 (UTC +04:00)
Müdafiə naziri NATO toplantısında iştirak edəcək.
Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Müdafiə nazirinin ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti