...

Azərbaycanla Aİ arasında strateji əməkdaşlıq barədə yeni saziş üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyi dəqiq tarix açıqlandı

Siyasət Materials 8 Noyabr 2017 13:04 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq barədə yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 27-28-də keçiriləcək.
Azərbaycanla Aİ arasında strateji əməkdaşlıq barədə yeni saziş üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyi dəqiq tarix açıqlandı

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq barədə yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 27-28-də keçiriləcək.

Bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.

O, bildirib ki, danışıqların növbəti mərhələsi Brüsseldə baş tutacaq.

Qeyd edək ki, daha öncə danışıqların növbəti mərhələsi noyabrın 6-7-də keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti