...

Türkiyə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Siyasət Materials 29 Noyabr 2017 21:35 (UTC +04:00)
Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Türkiyə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri "Twitter" səhifəsində yazıb.

M.Çavuşoğlu qeyd edib: "Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul etdim və Türkiyənin Minsk qrupunun münaqişənin nizamlanması üzrə səylərini dəstəklədiyini bildirdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti