...

XİN: 2018-ci ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazırlərinin növbəti görüşü keçiriləcək

Siyasət Materials 7 Dekabr 2017 01:51 (UTC +04:00)
Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib.
XİN: 2018-ci ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazırlərinin növbəti görüşü keçiriləcək

Bakı. Trend:

Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçiriblər. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti